Menu

“AMAY Abdulla”dan Baş Prokurorluğa növbəti İTTİHAM

23.04.2015, 14:17

amayCümə axşmı Bakı Ağır Cinayətlərə dair məhkəmədə AMAY şirkətinin rəhbəri Abdulla Abdullayev və təsirləndirilən daha 5 nəfər üzərində məhkəmə prosesi davam edib.

Məhkəmə prosesində ittiham tərəfin “zərərçəkən” kimi tanıdığı Xuraman Bəkir qızı, Gülzar Xasay qızı, Sevil Yəhyayeva dindirilib. Həm də bu şəxslərlə bağlı istintaqa aid maraqlı fakt aşkarlanıb. Belə ki, bu 3 şəxsdən heç biri istintaqda dindirlmədikləri halda adları ittiham tərəfin ümumi “zərərçəkənlər” siyahısında yer alıb. Məsələyə müdaxilə edən vəkillər bu şəxslər istintaqda dindirilmədikləri halda zərərçəkən kimi tanaınmlarının məhkəmə protokolunda qeyd olunmasını tələb ediblər.

Hər üç şəxs müqavilə üzrə pul ödədiklərini, əlavə pul tələb olunmadığını deyiblər və binanını tamamlanıb təhvil verilməsini istədiklərini nəzərə çatdırıblar. “ Siz bunu prokuroluqdan tələb edin, əgər prokuroluq imkan versə binanı təhvil verəcəyik”-deyə AMAY rəhbəri binanın təhvil verilməməsində növbəti dəfə ölkə prokurorluğunu ititham edib.

AMAY əməkdaşlarından biri istintaqın ümumi “zərərəçəkənlər” siyahısında 260-dan çox adamın adının keçdiyini bildirib. Məhkəmə proesinin başladığı fevral aıyndan bu yana 120-dən çox “zərərçəkən”in məhkəmədə dindirildiyini deyib. Mənzil alan şəxslərin çoxunun xaricdə yaşadıqlarını deyən şəxs bu səbəb üzündən məhkəmə prosesinə qatıla bilmədiklərini deyib.

Qeyri-rəsmi məlumatlara görə, daha bir maraqlı məsələ budur ki, istintaq dindirmədiyi halda bir xeyli insanı “zərərçəkən” kimi tanıyıb. İndi isə məhkəmə prosesinin ortasında həmin şəxsləri yenidən istintaqa çağıraraq ifadə vermələrini tələb edir.

Vəkillər dövlət ittihamçısına dindirmədikləri halda şəxsləri “zərərçəkən” kimi tanımalarına aydınlıq gətirməsi müraciəti etsələr də ittihamçı bundan imtina edib.

Hakim “zərərçəkənlər” gəlmədikləri üçün prosesi aprelin 24-ü saat 10:30-a təyin edib.

AMAY şirkətinin rəhbəri A.Abdullayev 2014-cü ilin parleində həbsə alınıb. Korrupsiyaya qarşı Mübarizə idaərsində aparılan istintaqda ona qarşı dələduzluq, səlahiyyətindən sui-istifadə, dövlət vəsaitini külli miqdarda mənimsəmə kimi ittihamlar irəli sürülüb. A.Abdullayev itithamları birmənalı olaraq rədd edir və özünü bu ittihamlar üzrə təqsirli bilmədiyini deyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol