Müsavat Partiyası başqanının həbsdə olan müavini Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu vəfat edib.
Bu barədə Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər məlumat verib.
“Dünya və biz bu gözəlliyi itirdik Tanrı ruhunu şad eləsin”,-deyə İsa Qəmbər bildirib.
Modern.az saytının məlumatına görə, Nərgiz Yaqublu ötən il ailə qurub və Moskvada yaşayırdı. O, sarılıq xəstəliyindən (Hepatit C) əziyyət çəkirdi və Moskvada müalicə alırdı.
Nərgiz Yaqublunun atası, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu hazırda həbsdədir.


Şərhlər