Menu

Kadırov Nemtsovun məhkəməsinə çağırıla bilər

23.04.2015, 15:03
Kadırov Nemtsovun məhkəməsinə çağırıla bilər

Fevralın 27-də gecə Moskvanın mərkəzində sui-qəsd qurbanı olan Rusiyanın tanınmış müxalif siyasətçisi Boris Nemtsovun övladları vəkilləri vasitəsilə istintaq orqanlarında Çeçenistan rəhbəri Ramzan Kadırovu dindirməyi tələb edib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Nemtsovun övadları Kadırovla yanaşı, Dövlət Dumasının deputatı Adam Dəlimxanov, “Şimal” batalyonu komandirinin müavini Ruslan Geremeyev, “Şimal” batalyonun komandiri Alibəy Dəlimxanov və Federasiya Şurasının üzvü Suleyman Geremeyevin də istintaqa ifadə vermələrini tələb edir.

Vəkil Vadim Proxorov istintaqın Çeçenistan ərzaisində fəaliyyətinin problemli olduğunu diqqətə çatdırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol