Menu

Azərbaycan neftinin qiyməti 65 dolları keçib

24.04.2015, 11:22

admin-ajaxAprelin 23-də London əmtəə birjasında keçirilmiş hərraclarda “Azeri Light” markalı Azərbaycan neftinin 1 barreli 65,49 dollara satılıb.

Bu barədə Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən məlumat verilib.

Bu, aprelin 22-də qeydə alınmış qiymətdən 2,15 dollar çoxdur.

Xatırladaq ki, 2015-ci ilin dövlət büdcəsində neftin 1 barrelinin qiyməti 90 dollar götürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol