Menu

İsrail Suriya ərazisinə hava zərbəsi endirib, 4 nəfər həlak olub

27.04.2015, 10:12
İsrail Suriya ərazisinə hava zərbəsi endirib, 4 nəfər həlak olub

İsrailə məxsus təyyarələr Suriya-Livan sərhədində yerləşən əl-Qəlamun yüksəkliklərində bir sıra bölgələrə zərbə endirib. SalamNews-un "Al Mayadeen"ə istinadla verdiyi xəbərə görə, İsrailin bu təcavüzü nəticəsində dörd nəfər həlak olub, bir neçə nəfər yaralanıb.

"Al Jazeera"nın məlumatına əsasən, əl-Qəlamun yüksəkliklərindəki Vadi Şeyx və əl-Abbasiyyə bölgələrində Suriya ordusu və “Hizbullah”a məxsus raket qurğuları vurulub.

Bildirək ki, hazırda Suriya-İsrail sərhəd zolağı "əl-Qaidə" terror təşkilatının Suriyadakı qolu olan ən-“Nusra Cəbhəsi”nin nəzarətindədir.

Bununla belə, İsrail indiyədək terror qruplaşmalarına atəş açmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol