Menu

İŞİD-in “müdafiə naziri” öldürüldü

27.04.2015, 19:49
İŞİD-in “müdafiə naziri” öldürüldü

İraqda İŞİD terror qruplaşmasının “müdafiə naziri” Şiit əl-Samarrai öldürülüb. Musavat.com-un məlumatına görə, bu barədə “Fars” agentliyi İraq təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən xəbər yayıb.

Xəbərdə “müdafiə naziri”nin Nineviya əyalətində aviazərbələr zamanı qətlə yetirildiyi bildirilir. Hücum nəticəsində İŞİD-in daha 8 yüksək çinli üzvünün mıhv edildiyi xəbər verilir.

Qeyd edək ki, ötən həftə İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin bir müddət öncə aldığı yaralardan Rakka xəstəxanasında keçindiyi xəbəri yayılmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol