Menu

Şair-jurnalist Böyükkişi Heydərli vəfat edib.

28.04.2015, 11:54
Şair-jurnalist Böyükkişi Heydərli vəfat edib.

Mərhumun yaxınlarından mediaya verilən xəbərə görə, uzun zamandan bəri ağır xəstəlikdən əziyyət çəkən həmkarımız bu gün səhər dünyasını dəyişib. Böyükkişi Heydərli 1951-ci ilin aprel ayında Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub.Onun şeirləri "Ulduz" və "Azərbaycan" jurnallarında dərc olunub.

B.Heydərli 1992-ci ilin may ayından etibarən "Yeni Müsavat" qəzetində redaktor, şöbə müdiri vəzifələrində işləyib. 1993-cü ildə "Dünya" jurnalının redaktoru olub.

Vaxtilə qəzetimizdə "Yazıçı Qor" təxəllüsü ilə köşə yazıları yazan jurnalist 2008-ci ilə qədər "Yeni Müsavat"la əməkdaşlıq edib və bir sıra maraqlı yazıların müəllifi olub. Şairin 2001-ci ildə "Səmasız buludlar" adlı şeirlər kitabı işıq üzü görüb.Allah rəhmət eləsin!

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol