Menu

Bakının mərkəzində nəhəng yeraltı qaraj tikilir

28.04.2015, 17:51
Bakının mərkəzində nəhəng yeraltı qaraj tikilir

Bakının mərkəzində, Xətai rayonu ərazisində böyük yeraltı avtomobil dayanacağı inşa olunur. Lent.az-ın məlumatına görə, Yusif Səfərov küçəsi ilə Babək prospektinin kəsişməsində (“Bazarstore”nin qarşısı) boş ərazidə tikiləcək dayanacaq ikimərtəbəli olacaq. Artıq dayanacağı layihəsi hazırdır və ərazidə torpaq, eləcə də svay vurma işləri həyata keçirilir.

Avtodayanacağın tikintisindən sonra ərazidə parkın salınacağı gözlənilir.

Qeyd edək ki, bir neçə il əvvəldən həmin ərazi hasarlansa da, işlərə bu il başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol