Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Tiflisdə məhkəməsi başlayıb. Anspress-in məlumatına görə, M.Saakaşvili və onun bir sıra yaxın tərəfdaşı - keçmiş daxili işlər naziri Vano Merabişvili, keçmiş müdafiə naziri David Kezeraşvili, keçmiş ədliyyə naziri Zurab Adeişvili və Tiflisin keçmiş meri Gigi Ugulava müxalifətin 2007-ci il noyabrın 7-də dinc mitinqi dağıdılarkən vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunurlar.
Hazırda Ukraynada vəzifə daşıyan eks prezident məhkəmə prosesinə skaypla qoşulmaq təklifindən imtina edib.
M.Saakaşviliyə qarşı büdcəni dağıtmaq, məsrəfçilik də daxil olmaqla 3 cinayət işi açılıb. O, təqsirli bilinsə ona 8 il həbs cəzası veriləcək.
Xatırladaq ki, hazırda Ukrayna prezidenti yanında İslahatlar Şurasının sədri olan M.Saakaşvilini Kiyev hökuməti Tiflisə vermək istəmir.

Şərhlər