Menu

Azərbaycanlı “vorzakon” belə həbs olundu - Video

11.09.2013, 12:29
Azərbaycanlı “vorzakon” belə həbs olundu - Video

Moskvada keçirilən xüsusi əməliyyat zamanı saxlanılan “Rufo Gancinski” ləqəbli “qanuni oğru” Ülfət Tağıyevin polis tərəfindən saxlanılma videosu yayılıb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, “Ded Xasan” ləqəbli “qanuni oğru” Aslan Usoyanın qətlində şübhəli bilinən Rufo Gancinski Aslan Usoyanın qruplaşmasının üzvü olmuş “Danabaş” ləqəbli “qanuni oğru” İlqar Cəbrayılovun güllələnməsini təşkil etməkdə də əsas şübhəlilərdən hesab olunur.

O, “Rövşən Lənkəranski” ləqəbli qanuni oğru Rövşən Canıyevin qruplaşmasında ştatlı killer missiyasını yerinə yetirib. 2012-ci ilin dekabrında Dubayda keçirilən toplantıda Rövşən Canıyevin dəstəyi ilə Rufo Gancinskiyə “qanuni oğru” titulu verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol