Menu

Ərəbistanda taxt oyunları: Varis dəyişdi

29.04.2015, 10:26
Ərəbistanda taxt oyunları: Varis dəyişdi

Səudiyyə Ərəbistanı Kralı Salman hakim elitada bir sıra dəyişikliklər elan edib.

Kral Salman kiçik ögey qardaşını vəliəhd şahzadə postundan uzaqlaşdırıb və onun müavini Mohammed bin Nayef-i bu vəzifəyə, yəni özünün yeni varisi təyin edib. Xəbəri dövlət televiziyası yayıb.

Oğlu, şahzadə Mohammed bin Salman isə vəliəhd müavini təyin olunub.

Kral başqa bir dəyişikliklə veteran xarici işlər naziri Saud al-Faisal-ı krallığın Vaşinqtondakı səfiri Adel al-Jubeir-lə əvəzləyib.

79 yaşlı Kral Salman hakimiyyətə yanvarda, sələfi Kral Abdullah öləndən sonra gəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol