Menu

SOCAR Türkiyədə "Total"ın yanacaqdoldurma stansiyalarını almaq istəyir

29.04.2015, 10:38
SOCAR Türkiyədə "Total"ın yanacaqdoldurma stansiyalarını almaq istəyir

Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR Türkiyədə Fransanın “Total” şirkətinə məxsus yanacaqdoldurma stansiyalarını almaqda maraqlıdır. Trend-in məlumatına görə, bu barədə Türkiyənin “Hürriyet” qəzeti yazır.

Qəzet yazır ki, SOCAR-ın marağına səbəb aprelin 24-də “Total”ın Türkiyə bazarını tərk edəcəyi ilə bağlı verdiyi açıqlaması olub.

SOCAR-ın bu şirkətin Türkiyədəki paylarının 5,3 faizini əldə etmək niyyətində olduğu bildirilir.

Başqa detallar barədə qəzetin məlumatında qeyd olunmur.

Hazırda SOCAR Türkiyədə “Star” neft emalı zavodunun yaradılması ilə məşğuldur. Zavodun məhsulları yerli bazarda satılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol