Urakynanın Fövqəladə hallar üzrə dövlət xidmətinin (FHDX) başçısı Zoryan Şkiryak xəbər verir ki, «Çernobılskaya puşa» xüsusi kombinatının ərazisində yanğın 320 hektar ərazini əhatə edir.
Bu barədə xidmət rəisi özünün Facebook səhifəsində yazır: «FHDX-nin bölmələri Çernobıl Atom Elektrik Stansiyası istiqamətində alovun yayılmasının qarşısını alıb. Güclü külək vəziyyəti mürəkkəbləşdirir, 15 nöqtədə meşənin torpağı və yuxarı hissəsi yanır. Onlardan 3-nün miqyası xeyli böyükdür...»
Onun sözlərinə görə, yerlərdə şəxsi heyətin 200 nəfərdən çox işçisi və 35 ədəd texnika işləyir: «Hal-hazırda aviasiyanın cəlb olunması sayəsində yanğının əsas ocaqlarında meşənin yuxarı hissəsinin yanmasının qarşısı alınıb. Situasiya nəzarət altındadır. İşləyirik...»
FHDX saytının yaydığı xəbərə görə, hadisə yerində yanğınsöndürmə qərargahı yaradılıb, FHDX Kiyev vilayəti üzrə idarəsinin rəisi Aleksandar Tkaçenkonun başçılığı altında mobil operativ qrup işləyir.


AzPolitika.info


Şərhlər