“Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasında Azad Demokratlar Partiyasının dövlət qeydiyyatı ilə bağlı kassasiya şikayətinə baxılıb”.
Bu barədə Hafta.az-a partiyanın sədri Sülhəddin Əkbər məlumat verib. O bildirib ki, Ali Məhkəmənin hakimi Sevda Hüseynovanın sədrlik etdiyi məhkəmə iclasında iddiaçı tərəfin nümayəndələrinin- partiya sədri Sülhəddin Əkbərin və vəkil Fuad Ağayevin- çıxışları dinlənildikdən sonra kollegiya heyəti qərar qəbulu üçün müşavirəyə gedib:
“Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası, müşavirədən sonra, əlavə müzakirələr üçün məhkəmənin 13 may 2015-ci il saat 11.00- da davam etdirilməsi haqqında qərar qəbul edib”.


Şərhlər