Bakıya 1 milyon dollarlıq avtomobil gətirilib. Fins.az-ın “Auto”ya istinadən yaydığı məlumata görə, maşını paytaxtın küçələrində, evuakatorun üstündə görənlər onun şəklini çəkiblər. Fotoda tuninq edilmiş “Bugatti Veyron Mansory linea vincero d'oro” avtomobili əks olunub. “Sportcar”-ın orta qiyməti 1,25 milyon dollardır.
8.0 mühərriklə təchiz edilmiş maşının maksimal sürəti 431 km/saat-dır. Bu modellər 1020-1040 at gücünə malikdir və 100 km/saat sürəti 2.5 saniyəyə yığır.



Şərhlər