Menu

Türkiyə TANAP-la nəql olunacaq qazın həcmini üç dəfədən çox artıra bilər

29.04.2015, 16:52
Türkiyə TANAP-la nəql olunacaq qazın həcmini üç dəfədən çox artıra bilər

Türkiyə 2026-cı ildə Trans-Anadolu Qaz Boru Xətti (TANAP) ilə qaz nəqlinin həcmini 3 dəfədən çox artıra bilər. “APA-Economics”in verdiyi xəbərə görə, bunu layihənin baş meneceri Saltuk Düzyol “Reuters” agentliyinə açıqlamasında deyib.

Baş menecer bildirib ki, ilkin mərhələdə TANAP vasitəsilə 2018-ci ilin ortalarına qədər ildə 16 mlrd. kubmetr qazın nəql olunacağı planlaşdırılır ki, bunun da 6 mlrd. kubmetrə qədəri Türkiyənin, qalanı isə Avropanın payına düşür.

“TANAP-ın ötürücülük qabiliyyəti 31 milyard kubmetrə çatarsa, Türkiyə bunu 21 milyard kubmetrə qədərini ala bilər. Alış prosesi isə həm BOTAŞ, həm də Türkiyənin özəl şirkətləri tərəfindən həyata keçirilə bilər”, - deyə S. Düzyol deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol