Menu

Bu gün saxta soyqırımla bağlı yekun qərar veriləcək

30.04.2015, 09:21
Bu gün saxta soyqırımla bağlı yekun qərar veriləcək

Bu gün Almaniya Bundestaqında (parlament) uydurma erməni soyqırımla bağlı sənədin müzakirəsi davam etdiriləcək. Musavat.com xarici informasiya qaynağına istinadən xəbər verir ki, aprelin 24-də məsələdə fikir ayrılığı olduğu üçün təxirə salınıb. Bu isə ekspertlərə əsas verib ki, müzakirələrin Türkiyə amilinə görə, daha doğrusu, rəsmi Ankaranın xəbərdarlıqlarına görə ertələndiyini iddia eləsinlər.

Bundan öncə Türkiyə Almaniya prezidenti Yoaxim Qauku “soyqırım” bəyanatına görə sərt tənqid eləmişdi.

Xatırladaq ki, Almaniyanın ən böyük və ən yaxşı təşkilatlanmış icması türk icması yaşayır və rəsmi Berlin bu amili də hesaba almaq zorundadır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol