Menu

“Yeni imkanlar yaradacaq müzakirələr aparılıb” - Uorlik

30.04.2015, 10:12
“Yeni imkanlar yaradacaq müzakirələr aparılıb” - Uorlik

ATƏT-in Minsk qrupunun həmsədrləri aprelin 29-da Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər. APA-nın məlumatına görə, Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün “Twitter” səhifəsində görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının müzakirə olunduğunu yazıb: “Nalbandyanla görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllinə yeni imkanlar yaradacaq məhsuldar və müsbət müzakirələr aparılıb”.

Qeyd edək ki, bu gün isə həmsədrlərin Azәrbaycanın xarici işlәr naziri Elmar Mәmmәdyarovla görüşü nəzərdə tutulur.

Görüşlər Parisdə keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol