Menu

Koroğlu metro stansiyası istiqamətində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılır

30.04.2015, 11:49
Koroğlu metro stansiyası istiqamətində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılır

Aprelin 30-dan mayın 1-nə keçən gecə Heydər Əliyev prospekti köməkçi yolun Heydər Əliyev mərkəzinin qarşısından Böyükşor yol qovşağına (Koroğlu metrosu) qədər olan hissəsində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaqdır.

Bu barədə “APA-Economics”ə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti əsas yoldan və Babək prospektindən istifadə etmələri tövsiyə olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol