Menu

Elnur Aslanovun yaratdığı sayt bağlandı

30.04.2015, 16:38

ElnurAzərbaycanda daha bir sayt fəaliyyətini dayandırır.

AzNews.az xəbər verir ki, bakupost.az saytı bu gün fəaliyyətini dayandıracağını bəyan edib. Bu məlumatı bu qəzetdə üç ildir ki, fəaliyyət göstərən jurnalist Fərəh Sabirqızı özünün facebook hesabında yazıb: "Təəssüflə bildirirəm ki, 3 ildir mənim də təmsil olunduğum media orqanı artıq fəaliyyətini dayandırır. Biznes layihə kimi fəlaiyyətə başlayan New BAKU POST sabahdan etibarən sizinlə sağollaşır".

Xatırladaq ki, "New Baku Post” əvvəlcə qəzet kimi fəaliyyət göstərək paytaxtda pulsuz paylanılırdı. Qəzet Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin keçmiş müdiri Elnur Aslanovun təşəbbüsü ilə yaranmışdı.O, işdən çıxarıldıqdan sonra qəzetin nəşri dayandırıldı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol