Menu

Poroşenko MDB liderləri ilə görüşdən imtina etdi

30.04.2015, 16:41

poroh-pic510-510x340-91020Ukrayna prezidenti Petr Poroşenko mayın 8-də Moskvada keçiriləcək MDB-nin qeyri-rəsmi sammitində iştirak etməyəcək. Oxu.az bu barədə “İnterfaks”a istinadla xəbər verir.

“Poroşenko olmayacaq”, - jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“İnterfaks”ın sualına cavab verən Peskov dəqiqləşdirib ki, bu görüşdə iştirak – “prezidentlərin öz arzusudur”.

O vurğulayıb ki, bu görüşə MDB ölkələrinin bütün başçıları dəvət olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol