Menu

ABŞ hərbi gəmiləri İran sularında

01.05.2015, 09:52
ABŞ hərbi gəmiləri İran sularında

Pentaqon: Ticarət gəmilərini bir müddət hərbi gəmilər müşaiyət edəcək

ABŞ Hörmüz boğazındakı gəmilərlə bağlı qərar verib. Anspress-in məlumatına görə, bu barədə ölkənin Müdafiə Nazirliyi açıqlama verib.

Bildirilir ki, Hörmüz boğazında ABŞ bayrağı altında üzən ticarət gəmilərini bir müddət hərbi gəmilər müşaiyət edəcək.

Qeyd edək ki, aprelin 28-də İran Marşal adalarının bayrağı altında üzən ABŞ yük gəmisini saxlamışdı. İran tərəfi bəyan etmişdi ki, ABŞ gəmisinin saxlanılmasının arxasında heç bir siyasi və ya hərbi motiv dayanmır.

Tehran bir neçə saat sonra saxladığı Marşal adalarının bayrağı altında üzən ABŞ yük gəmisini azad etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol