Menu

Taksimdə gərginlik başladı

01.05.2015, 15:00
Taksimdə gərginlik başladı

Beşiktaş və yaxın ərazilərdə xeyli sayda etirazçı saxlanılıb

Türkiyənin Həmkarlaq İttifaqları "1 May - Zəhmətkeşlərin Həmrəyliyi Günü" münasibətilə yürüş keçirmək və Taksim meydanında mitinq təşkil etmək üçün İstanbul Bələdiyyəsinə müraciət edib, lakin şəhər rəhbərliyi onlara rədd cavabı verib. Cavabda Taksim meydanının bu cür tədbirlər üçün uyğun olmadığı bildirilib. Polis mitinq ehtimalı ilə əlaqədar Taksim meydanına giriş və çıxışı bağlayıb.

Buna baxmayaraq, "Türkiyə Kommunist Partiyası"nın üzvləri Taksim meydanı yaxınlığında etiraz aksiyası keçirmək istəyib. 25 nəfərlik qrup Cümhuriyyət abidəsinə doğru qaçmağa başlayıb. Polis etirazçı qrupa müdaxilə etməyə çalışıb. Çevik polis qüvvələri də köməyə gəlib. Etirazçılar ərazidən uzaqlaşdırılıb.

Beşiktaş ərazisində də polis etirazçıların qarşısını kəsib. Xeyli sayda etirazçı saxlanılıb.

Taksim ərazisində gərginlik davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol