“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi 29 aprel 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gədəbəy rayonunda “Bakı 2015” ilk Avropa Oyunları ilə bağlı müxtəlif əhali qrupları arasında məlumatların artırılması mövzusunda tədbir keçirib.
Gədəbəy rayon Slavyanka kəndi 2 saylı orta məktəbdə keçirilən tədbirdə əhalinin müxtəlif təbəqələri, əsasən tələbələr, və idmançı gənclər iştirak ediblər. Tədbiri giriş sözü ilə Gədəbəy rayon Gənclər və İdman İdarəsinin rəis müavini Samir Vəliyev açaraq, iştirakçıları salamladı və tədbirin iştirakçılarına Avropa Oyunları haqqında qısa məlumat verdi. Sonra söz “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Qəribova Həbibəyə verildi. Sədr ilk Avropa Oyunları haqqında, onun keçiriləcəyi məkanlar, idman növləri, iştirakçıların sayı, iştirakçı ölkələr haqqında geniş məlumat verdi. Tədbirdə videorolik nümayiş etdirildi. Rolikdə ilk Avropa Oyunlarının açılış-bağlanış məkanı Milli Olimpiya Stadionu, və idman növlərinin keçiriləcəyi obyektlər izahlı şəkildə nümayiş etdirildi. Sonra tədbir iştirakçıları ilə İctimai Birliyin nümayəndələri arasında dialoq və sual-cavab oldu. Tədbirin sonunda iştirakçılara ilk Avropa Oyunları haqqında hazırlanmış bukletlər, üstü yazılı köynək və papaqlar paylanıb. Tədbirdə Gədəbəy rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçiləri Verdiyev Rauf və Nicat Əliyev də iştirak ediblər.
[gallery columns="5" ids="115115,115116,115117,115118"]


Şərhlər