Menu

Donetskdə savaş qızışır, ölənlər var

01.05.2015, 20:14
Donetskdə savaş qızışır, ölənlər var

Atəşkəsin pozulması zamanı son bir gündə 3 nəfər ölüb

Son bir gün ərzində Ukraynanın şərqində atəşkəs rejiminin pozulması nəticəsində 2 Ukrayna əsgəri və 1 rusiyapərəst separatçı öldürülüb. Anspress-in məlumatına görə, bu barədə Ukrayna ordusundan xəbər verilib.

Bildirilir ki, mayın 1-də baş verən atışmada 2 əsgər ölüb 2 separatçı güllələnib. Rusiyapərəst dəstələr Minsk razılaşmasının qadağan etdiyi ağır silahalardan istifadə ediblər.

Separatçılar isə 1 döyüşçünün həlak olduğunu, birinin isə yaralandığını açıqlayıblar.

Xatırladaq ki, ötən ilin aprelindən indiyədək Ukraynanın şərqində gedən döyüşlərdə 6 mindən çox insan dünyasını dəyişib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol