Menu

Obama polisin qaradərilini öldürməsindən danışdı

02.05.2015, 01:09
Obama polisin qaradərilini öldürməsindən danışdı

Baltimorda Freddi Qreylə bağlı həqiqəti müəyyən eləmək həyati vacib dərəcədə mühüm məsələdir. Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Barak Obama qaradərili gəncin polislər tərəfindən öldürülməsi haqda danışarkən bildirib.

Prezidentin bəyanatı Merilend ştatının prokuroru polislərin saxladığı 25 yaşlı gəncin ölümünün qətl olduğunu elan edəndən dərhal sonraya təsadüf edib. Gözlənilir ki, qətlə bağlı 6 polis əməkdaşına ittiham irəli sürüləcək.

Yada salaqki, Qreyin dəfni Baltimorda kütləvi etirazlara və qarşıdurmalara səbəb olmuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol