Ştat prokuroru tibbi ekspertizanın Qreyin polis təcridxanasında qətlə yetirildiyini müəyyən etdiyini deyib
ABŞ-ın Baltimor şəhərinin baş prokuroru bəyan edib ki, Freddie Qreyin həbsində iştirak edən 6 polis zabitinə qarşı cinayət ittihamları irəli sürülüb. Merilin Mosbinin sözlərinə görə, tibbi ekspertiza onun polis təcridxanasında qətlə yetirildiyini müəyyən edib.
Ştat prokuroru Marilin Mosbinin sözlərinə görə, aprelin 12-də hospitala aparılan zaman Qreyin kəskin boyun ağrıları olub. O deyib ki, onun təhlükəsizlik kəməri bağlanmayıb və hətta tibbi yardıma ehtiyacı olduğunu söyləməsinə baxmayaraq zabitlər onu heç bir kömək etməyib. Xanım Mosbi habelə deyib ki, 25 yaşlı Qreyin üzərindən tapılan bıçaq açılıb-bağlanan cib bıçağı olub və onun bu bıçağı üzərində daşıması qanunidir.
"Cənab Freddie Qreyin başına gələnlərlə bağlı həqiqətin üzə çıxması çox mühümdür" - deyə ABŞ prezidenti Barak Obama ittihamların açıqlanandan sonra Ağ Evdə bildirib.
Polis zabitlərinə qarşı ittihamlara qeyri-iradi adam öldürmə, ikinci dərəcəli hücum, idarədə kobud rəftar və yanlış həbsetmə daxildir.
Baltimor meri Stefani Roulinqs-Bleyk deyib ki, ittiham ona çox pis təsir edib və o, ittiham olunan bütün zabitlər azad olunması göstərişi verib. /"Amerikanın səsi"


Şərhlər