Menu

Bakıda avropalılar üçün pulsuz taksilər – VİDEO

02.05.2015, 12:36
Bakıda avropalılar üçün pulsuz taksilər – VİDEO

Bu taksilər yalnız Avropa Oyunlarına akkrediyasiyası olan şəxslərə xidmət göstərəcək

Avropa Oyunları ərəfəsində taksi xidmətində bir sıra yeniliklər və məhdudiyyətlər olacaq.

Əsas yeniliklərdən biri odur ki, oyunların keçiriləcəyi ərazidə yalnız “London” taksiləri fəaliyyət göstərəcək. Ağ rəngə boyanmış 500 ədəd olacaq bu taksilərdən qonaqlar, oyun iştirakçıları, idmançılar və təşkilat komitəsinin təyin etdiyi şəxslər pulsuz istifadə edə biləcəklər.

Belə ki, təcrübəsi və peşəkarlıq qabiliyyəti yüksək olan 2 mindən çox sürücüyə xüsusi təlim keçilib. Eyni zamanda, oyunlarda xidmət göstərəcək bütün sürücülər vahid geyimlə təmin olunacaqlar.

“A24.az” mövzu ilə bağlı daha ətrahlı videogörüntüdə təqdim edir:

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol