Menu

Azərbaycanla bağlı planlar açıqlandı

02.05.2015, 14:08
Azərbaycanla bağlı planlar açıqlandı

"Kənd təsərrüfatı, İKT turizm və sənaye sahəsində Azərbaycanın böyük potensialı var"

"Azərbaycanda iqtisadi artım yüksək templə davam edir. Ölkədə inflayasiya azalıb və ümum daxili məhsul (ÜDM) artıb. Azərbaycanın yüksək gəlirli ölkələr siyahısında olduğunu düşünürük". Anspress-in məlumatına görə, bunu Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakao deyib. O bildirib ki, ölkədə xüsusilə təhsil sahəsi yaxşı inkişaf edib: "Tibb sahəsində isə ana ölümü kimi hallar azalıb. Ancaq bu göstəricilər Avropa ölkələri ilə müqayisədə yüksəkdir. Kanalizasiya sistemində də nöqsanlar mövcuddur. Kənd təsərrüfatı, İKT turizm və sənaye sahəsində Azərbaycanın böyük potensialı var".

Asiya İnkişaf Bankının prezidenti qeyd edib ki, Azərbaycan zəngin ehtiyyatlarından səmərəli şəkildə bəhrələnərək turizm potensialını artıra bilər: "Ölkənin tarixi irsi, mədəniyyəti turizm üçün müsbət potensial olduğunu göstərir. Azərbaycanın turizm, sənaye və kənd təsərrüfatı sahələrində potensialını artırmaq üçün infrastruktur yaradılmalıdır. Biz Azərbaycanda bu sahələrə investisiya yatırmaqda davam edirik".

Bakının gözəlliyindən heyran qaldığını gizlətməyən bank rəhbəri sözlərinə belə davam edib: "Bu cür möhtəşəm tədbir Bakıda keçirildiyi üçün Azərbaycana, prezident İlham Əliyevə öz minnətdarlığımı bildirirəm. Bakının inkişafından xeyli heyrətlənmişəm. Mən son gəldiyim vaxtdan bu yana Bakıda xeyli dəyişiklik müşahidə etmişəm”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol