Menu

Putinə yeni baş ağrısı gəlir

02.05.2015, 14:24
Putinə yeni baş ağrısı gəlir

ABŞ və Avropa İttifaqı Rusiyaya yeni təzyiq variantları seçir

ABŞ Avropa İttifaqı ilə Rusiyaya əlavə təzyiq göstərilməsinin yeni variantı üzərində işləyir. Anspress-in məlumatına görə, bunu Ağ evin rəsmi nümayəndəsi Coş Ernest bildirib.

O deyib: "Təəssüf ki, biz rusların Minsk razılaşmaları üzrə öz öhdəliklərini yerinə yetirməməsini görürük. Bu, çox məyusluq doğurur. Ancaq Vaşinqton Kiyevin öhdəliyi yerinə yetirməyə hazır olduğunu aydın görür. Ona görə də ABŞ və Avropa İttifaqı Donetskdə separatçı qüvvələrə qarşı Ukrayna hökumətinin hərəkətlərini dəstəkləyir.

Ağ ev nümayəndəsi növbəti dəfə Kremli ittiham edərək, separatçılara canlı qüvvə, silah, digər materiallar ilə kömək göstərməkdə günahlandırıb: "Bu, Ukrayna xalqına, hökumətinə və iqtisadiyyatına güclü təzyiq vasitəsidir."

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol