Menu

Sumqayıtda polisə tabe olmayan şəxsi tutdular

02.05.2015, 15:00
Sumqayıtda polisə tabe olmayan şəxsi tutdular

Saxlanılan şəxslər bir neçə şəxsin avtomobillərini qaçırıblar

Sumqayıtda avtomobil qaçıran şəxslər müəyyən edilib.

Əməliyyat naziliyin Kriminalistik Təhqiqatlar İdarəsi və Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən aparılıb.

Əməliyyat zamanı aprel ayının 27-də polisin qanuni tələblərinə tabe olmadığı üçün Sumqayıt şəhər sakini İsgəndər Atakişiyev saxlanılıb. Onun barəsində 5 gün müddətində həbs qərarı qəbul edilib.

Onun barəsində ətraflı araşdırmalar aparılıb. Araşdırmalar zamanı məlum olub ki, İsgəndər Atakişiyev dostu əvvəllər məhkum olunan Tamerlan Musayevlə birgə aprelin 27-də Anar Əzimova və Həşim Qasımova məxsus “Mercedes” markalı avtomobilləri də qaçırıblar.

Faktla bağlı araşdırmalar davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol