Menu

"Yəməndə vəziyyət faciəyə doğru gedir" - UNICEF

02.05.2015, 17:21
"Yəməndə vəziyyət faciəyə doğru gedir" - UNICEF

Yəmən əhalisinin vəziyyəti çox çətindir. Burada vəziyyət faciəyə doğru gedir.

Ölkədə su, elektrik və yanacaq yoxdur, işləyən çörək sexlərinin sayı kəskin şəkildə azalıb. SalamNews-un Livanın "Naba" televiziya kanalına istinadla verdiyi xəbərə görə, bunları UNICEF-in təmsilçisi Məhəmməd əl-Əsədi bildirib.

O, verdiyi müsahibədə "vəziyyətin gərgin olduğu Yəmənə humanitar yardımların çatdırılmağı üçün Ədən, Təiz və əd-Dale şəhərlərində gedən döyüşlərin və buraya endirilən hava zərbələrinin dayandırılmağını" tələb edib.

Bildirək ki, hazırda Səudiyyə Ərəbistanı Yəməni havadan və qurudan mühasirədə saxlayır.

Ölkə ərazisindəki hava limanları, yollar və körpülərin dağıdılmağı buraya humanitar yardımların çatdırılmağına ciddi maneələr yaradıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol