"Mançester Yunayted"in sabiq futbolçusu Rio Ferdinanda ağır itki üz verib.
ANS PRESS-in məlumatına görə, uzun illər "Qırmızı şeytan"ların formasını geymiş və hazırda KPR-də çıxış edən Ferdinandın həyat yoldaşı dünyasını dəyişib. Rebeka adlı xanımla 2009-ci ildə ailə həyatı quran futbolçu 6 ildən sonra həyat yoldaşını itirib.
Xərçəng xəstəliyindən əziyyət çəkən Rebeka Ferdinadı həkimlərin müdaxiləsinə baxmayaraq xilas etmək mümkün olmayıb. KPR klubunun rəsmi internet saytına açıqlama verən futbolçu kədərli olduğunu dilə gətirib:
"Çətin günlərimdə yanımda olan hər kəsə təşəkkür edirəm. Ruh əkizim dünən gecə dünyasını dəyişdi. O mənim üçün möcüzə idi. Xərçəngə qarşı verdiyi mübarizədən sonra sakitcə həyata vida etdi. O, 3 gözəl uşağımın anası idi", - deyə Rio bildirib.


Şərhlər