Menu

Daha bir kamikadze hücumu - 6 hərbçi öldü

02.05.2015, 19:39
Daha bir kamikadze hücumu - 6 hərbçi öldü

İraqın Harma şəhərində terrorçu-kamikadzenin partlayıcı qurğunu işə salmağı nəticəsində altı hərbçi həlak olub, doqquz nəfər yaralanıb. SalamNews-un “gazeta.ru”ya istinadla verdiyi xəbərə görə, ölənlərdən üçü əsgər, üçü özünümüdafiə dəstəsinin üzvüdür.

Bildirək ki, “İslam Dövləti” (İŞİD) terror təşkilatına qarşı mübarizə aparan İraq ordusu və özünümüdafiə dəstəsinin nümayəndələri hazırda Harmadadır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol