Menu

Türkiyədə quş qripi aşkar olundu

04.05.2015, 09:11
Türkiyədə quş qripi aşkar olundu

Türkiyə quş qripi hadisəsilə təkrar qarşı-qarşıya qalıb. Ötən illərdə də kütləvi tələfə səbəb olan və ağ ət (quş əti) istehsalını aşağı salan quş qripinin bu il də təhlükəli həddə çatmasından qorxurlar. “Marja” Türkiyə mətbuatına istinadən xəbər verir ki, dövlət quş qripinin yayılmaması səbəbilə Balıkəsirdə bir qism bölgələri karantinə götürüb və giriş-çıxışları qadağan edib.

Baytarlıq əməkdaşları Balıkəsirin bəzi bölgələrindəki quşları yığıb quş qripinin daha çox yayılmaması üçün tələf etməyə başlayıb.

Türkiyənin bir sıra ağ ət istehsal edən şirkətləriBirja İstanbulda listinqdədirlər. Bu şirkətlərin səhmləri 2006-cı ildə baş verən quş qripindən mənfi təsir görmüşdü. Ağ ət istehsal edən şirkətlər mütəmadi olaraq öz toyuqlarında virusa rast gəlinmədiyini açıqlasalar da səhmlərində sərt azalmalar baş vermişdi.

Avropada ötən ilin sonunda ortaya çıxan quş qripi də Birja İstanbulda listinqdə olan broyler şirkətlərinə təsir etmişdi. Şirkətlərin səhmləri 10%-dən çox dəyərdən düşmüşdü. Banvit 10.45 faiz, Şeker Piliç isə 10.42 faiz itki yaşamışdı.

Turizm baxımından da quş qripi böyük əhəmiyyət daşıyır. Məsələyə həssas olan turistlər Türkiyədə virus olduğu səbəbindən tətil sifarişlərini ləğv etdirə bilərlər. Ölümcül olan virusa yoluxmamaq üçün bəzi turistlər Türkiyəni ağıllarından çıxara bilərlər. 2006-cı ildəki quş qripi hadisəsində bir çox turist Türkiyə sifarişlərini ləğv etmiş və bu səbəblə turizm şirkətinin səhmlərində azalmalar baş vermişdi.

Ağ ət sektoruna keçmişdə də zərbə vuran quş qripi virusu Türkiyədə dərman sektoruna yaraya bilər. Birja İstanbulda dərman istehsal edən şirkətlər quş qripini avantaja çevirə bilərlər.

Qeyd edək ki, Türkiyədən Azərbaycana da quş əti idxal olunur. Ölkəmizə ən çox Banvit şirkətinin məhsulları gətirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol