Menu

Ukraynadan Azərbaycana Qarabağ dəstəyi

04.05.2015, 16:37
Ukraynadan Azərbaycana Qarabağ dəstəyi

Rəsmi Kiyev Dağlıq Qarabağda keçirilən "parlament seçkiləri"ni tanımadığını bəyan edib

"Ukrayna mayın 3-də Dağlıq Qarabağda keçirilən “parlament seçkiləri”ni tanımır və qeyri-legitim hesab edir". APA-nın məlumatına görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən bu “seçkilər”in hüquqi nəticəsi ola bilməz: "Ukrayna Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət prinsipləri çərçivəsində sülh yolu ilə həllini dəstəkləyir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol