Menu

Prezidentdən manat açıqlaması

04.05.2015, 19:00
Prezidentdən manat açıqlaması

Azərbaycan özəl sektoru stimullaşdırmağa və yeni investisiyalar cəlb etməyə davam edəcək. Anspress-in məlumatına əsasən, bunu Azərbaycan Prezidenti İlham Əliyev Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci illik toplantısının açılış mərasimində çıxışı zamanı deyib.

Prezident bildirib ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi bundan sonra da diqqət mərkəzində olacaq.

Dövlət başçısı qeyd edib ki, ölkə hökuməti Azərbaycanın xarici borcunu maksimum aşağı səviyyədə saxlamağa çalışacaq: "Ölkədə makroiqtisadi vəziyyət də ciddi müşahidə altında olacaq".

İlham Əliyev əlavə edib ki, manatın məzənnəsi nəzarət altında olacaq və Azərbaycan maliyyə resursları yığmağa çalışacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol