Hindistanda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib, ANS PRESS-in məlumatına görə, avtobus qəzasında 28 nəfər həlak olub.Panne şəhərində baş verən qəza zamanı daha 12 nəfər yaralanıb. Bəzi mənbələr həlak olanların sayının 35-dən çox olduğunu bildirir.
41 sərnişinin olduğu avtobus Çxatarpur şəhərindən Satnuya gedirmiş. Yoldan çıxan avtobus aşaraq yanıb.
Qeyd edilir ki, bələdiyyə rəhbərliyi zərər çəkən sərnişinlərə kompensasiya verməyi söz verib.


Şərhlər