Menu

"Neftin qiyməti Allahın əlindədir..." - Nazir

05.05.2015, 15:37
"Neftin qiyməti Allahın əlindədir..." - Nazir

Səudiyyə Ərəbistanı Krallığının neft və minerallar naziri neftin qiymətindən danışıb

Səudiyyə Ərəbistanı Krallığının neft və minerallar naziri Əli Əl Naimi neftin qiymətindən danışıb. Anspress-in məlumatına görə, ərəb nazir neft qiymətlərinin taleyi haqqında maraqlı açıqlama verib. O bildirib ki, heç kimi neft qiymətlərini təyin edə bilməz:

"Neft qiymətlərinin taleyi Allahın əlindədir. Sanksiyaların ləğvindən sonra İranın bazara daxil olması bizi narahat etmir. İranın bazara daxil olması qiymətləri daha da aşağı salacaq", - deyə neft və minerallar naziri Əli Əl Naimi söyləyib.

Səudiyyə Ərəbistanı Krallığının rəsmisi İranın neft istehsalını artırmaq istəyinin onu narahat etmədiyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol