"Şər atmaqla şantaj etməklə bu məsələni həyata keçirdi”
“Ötən gün özünü yandıran Qarabağ əlili Zaur Həsənov dəfələrlə özünü yandıracağı ilə bağlı təşkilata məktublar göndərib”. Bunu Həmkarlar İttifaqının binasl qarşısında özünü yandıran II qrup Zaur Həsənovla bağlı Azad Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev ANS-in "Salam Azərbaycan" proqramına açıqlamasında deyib.
S.Mehbalıyev qeyd edib ki,onun özünü yandırma səbəbi məhkəmə qərarından narazı olması olub. Konfederasiya sədri bildirib ki, Z.Həsənovun 40 kvadratmetr torpaq sahəsi olub.
“Zaur Həsənov o əraziləri qeyri qanuni zəbt edib və Ali Məhkəmə də buna uyğun olaraq qərar qəbul edib. Mənə dedi ki, məhkəmə qərarlarını ləğv et. Mən dedim ki, mənim səlahiyyətim yoxdur. Məhkəmə bunun sökülməsi barəsində qərar verib. Mən bunu edə bilmərəm. Ancaq sənə sanatoriyada iş verilməsi ilə bağlı tapşırıq verə bilərəm. O dedi ki, mən sanatoriyada işləmək istəmirəm”.
S.Mehbalıyev qeyd edib ki, Zaur Həsənov şər atmaqla məqsədini həyata keçirmək istəyib: “Bizi təhdid edirdi ki, mən özümü yandıracam. Bu adama dırnaq vursan, bütün Azərbaycanı qatar bir-birinə. Şər atmaqla şantaj etməklə bu məsələni həyata keçirdi”.
5 saylı xəstəxananın baş həkimi Ziya Əsədovun ANS-ə verdiyi məlumata görə, 5 uşaq atası əlil olan özünü öldürməyə cəhd göstərən Zaur Həsənovun xəstəxananın yanıq şöbəsindədir və vəziyyəti çox ağırdır. Baş həkimin sözlərinə görə, xəstənin yanında səhərə qədər xüsusi həkim birqadası qalıb. Reanimasiyada olan xəstənin təziqi sfıra düşüb. Həkimlərin səyi nəticəsində xəstəni həyata qaytarıblar. Səhər saatlarında xəstəxanada konsilium olub. Xəstənin vəziyyəti kritikdir.
Ölümlə pəncələşən Qarabağ əlili haqda S.Mehbalıyevin dedikləri təəssüf doğurur. Harınlamış məmurlar, məddahlıqla, şərəfsizləklə varlananlar hektarlarla əraziləri ələ kecirdiyi, üzərində malikanələr, saraylar ucaltdığı halda vətən uğrunda sağlamığını itirən birinə 40 kvadratmetr torpaq sahəsi nədən çox görülür?. Gözünüz nə vaxt doyacaq?
Vaqif
AzPolitika.info


Şərhlər