Menu

Əfqanıstan hakimiyyəti taliblərlə sülh danışıqlarına başlayıb

05.05.2015, 22:52
Əfqanıstan hakimiyyəti taliblərlə sülh danışıqlarına başlayıb

Tərəflərin görüşü Qətərdə baş tutub

Xarici KİV-in yaydığı məlumata görə (The Wall Street Journal), ötən istirahət günü Qətərin Alxor şəhərində «Taliban» hərəkatı və Əfqanıstan hakimiyyətinin və mülki əhalisinin fəal şəxsləri arasında qeyri-rəsmi görüş keçirilib (Lenta.ru).

Görüş bağlı qapılar arxasında baş tutsa da, tərəflər onu sülh danışıqlarının başlanğıcı hesab edirlər. Talibərin nümayəndə heyətinin başçısı Şər Mühəmməd Abbas Stanikzay bu barədə belə deyib: «Bu, çox faydalı və maraqlı görüş idi. Belə təmaslar müxtəlif siyasi qüvvələrin mövqeyini yaxınlaşdırır...»

Əfqanıstan hökumətinin, adının açıqlanmasını istəməyən nümayəndəsi isə bir qədər fərqli fikir söyləyib: «Taliblər dedilər ki, görüşlərdə müxtəlif siyasi qüvvələr təmsil olunmalıdır. Bu, görünməmiş bir işdir...»

Görüş iştirakçılarında belə bir qənaət formalaşıb ki, taliblər koalision münasibətlərin qurulmasına və seçkilərdə iştirak etməyə hazırdırlar. Danışıqların iştirakçılarından biri bu barədə deyib: «Onlar seçki sözünü dilə gətirmədilər, amma məhz bunu nəzərdə tuturdular...»

Görüşdə taliblərin tərəfindən 8 nəfər nümayəndə (keçmiş talib hökumətinin üzvləri və digər İslam qrupunun - «Hizb-e-İslami»nin nümayəndəsi) iştirak edib. Rəsmi Əfqanıstan hakimiyyəti isə görüşə özünün etibarlı çevrəsindən qeyri-rəsmi nümayəndələri göndərib. Məsələn, xəbərə görə, görüşdə Əfqanıstan prezidenti Əşrəf Qanini doğma dayısı Qaymom Koçai təmsil edib.

Xəbər verilir ki, danışıqlara hazırlıq işləri ciddi məxfilik şəraitində aparılıb. Görüş barədə iştirakçılar yalnız onun başa çatmasından sonra danışmağa başlayıblar. Hamı görüşün dostluq şəraitində keçdiyini qeyd edib.

Taliblərlə sülh danışıqlarının mümkünlüyünü Əfqanıstanın prezidenti hələ bir neçə ay bundan əvvəl bildirmişdi. Bununla bərabər, prezident Əşrəf Qani bu ilin martında ABŞ-a səfəri zamanı ABŞ və NATO hərbi qruplaşmalarının ölkəsində qalması barədə razılıq ifadə etmişdi. Taliblər isə öz növbəsində, aprelin sonlarında ənənəvi «yaz hücumu»na» start veriblər.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol