Menu

Orduya hücum, 6 saat döyüş gedib -VİDEO

05.05.2015, 23:30
Orduya hücum, 6 saat döyüş gedib -VİDEO

Ukraynanın Donbas bölgəsində atəşkəsin ciddi şəkildə pozulması müşahidə edilir.ANS TV-nin məlumatına görə, Ukrayna anti-terror mərkəzi ötən sutka ərzində atəşkəsin üsyançılar tərəfindən 95 dəfə pozulduğunu və bunun Minskdə əldə edilmiş atəşkəs razılaşmasından əvvəlki səviyyə ilə eyni olduğunu açıqlayıb.Ukrayna ordusunun Donetsk şəhəri ətrafındakı Avdeyevka şəhərində, Peski, Opitnoye, Vodyanoye kəndlərində yerləşən mövqeləri daha çox atəşə məruz qalıb.

Mariupol şəhəri yaxınlığındakı strateji əhəmiyyətli Şirokino kəndi isə son günlər üsyançıların davamlı hücumları ilə üzləşir.

Mayın 3-dən 4-ə keçən gecə kənddə 6 saat döyüş gedib.

Ukrayna ordu qüvvələri hücumları dəf edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol