Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ötəni axşam Pakistandan ölkəsinə dönərkən təyyarədə jurnalistlərin gündəmə bağlı suallarına cavab verib.
"Habertürk" qəzetinin xəbərinə görə, baş nazir qalmaqallı anti-korrupsiya əməliyyatını hökumətə, millətə, milli iradəyə yönələn bir əməliyyatdır: "Əgər korrupsiyadan bəhs edilirsə, bu günə qədər yazılanlardan millətin, dövlətin malına yönəlik bir zərər barədə oxudunuzmu ? Belə bir şey varsa mənə gətirin, lazım olanı edim. Ortada bir tender sui-istifadəsi varmı ? Kim kimə nə verib? Konkret bir şey varmı?"
Baş nazir əməliyyatın əsas fiqyry kimi tanınan Rza Zərrab barədə deyib ki, onu qızıl ixracatı edən bir şəxs kimi tanıyır, ölkəyə faydasının olduğunu, xeyirli işlər gördüyünü bilir.
Ərdoğan AB naziri Egemen Bağışın adının qarışdığı qalmaqalla bağlı deyib: "Onun barəsində "AB ofisinə çanta ilə girdi, çantasız çıxdı" deyirlər. Təslim edilərkən bir görünüş varmı? Yalnız " canta ile girdi , çantasız çıxdı" kimi bir yanaşma ola bilərmi ? Belə bir hüquq varmı? Anlamaq mümkün deyil. Bəlkə o çanta ile kitab filan aparılıb. Sakın ha, yoldaşlar, bundan belə çanta ile bir yerə girib çıxmayın. Məlumunuz olsun ki, çanta artıq cinayət alətidir! Hələ çamadanı unudun, istifadə etməyin. Zəfər bəyin oğluna hədiyyə paltar göndərildiyini söyləyirlər. Belə uydurma şeylər. Dəlilin varsa görüntülü olaraq cinayət başında et".
Jurnalislətin "Əməliyyatın əsl hədəfində Ərdoğan var deyilir, buna nə deyərsiniz" sualına cavab verən baş nazir deyib ki, dəstəmazından şübhəsi olmayanın namazından şübhəsi olmaz: "Buralardan Tayyib Ərdoğana vurmağa qalxarlarsa, ovuclarını yalarlar. Bunu bildikləri üçün ətrafdakı yoldaşlara hücum edirlər. TÜRGEV üzərindən oğlumun (Bilal Ərdoğanın ) da adı keçirildi. Nəymiş, vəqflə əlaqədar bir abadlıq dəyişikliyi üçün sorğu tapılıb. Vəqflə əlaqədar abadlıq dəyişikliyi üçün bələdiyyəyə getmək suçmu ? Bələdiyyə başçısına ( Fatih Bələdiyyə başçısı Mustafa Demir ) söylədikləri şeylərə baxın, bina tikdi" deyirlər.
Ərdoğan bildirib ki, bələdiyyələrin ictimai işlərə diqqət yetirməsi cinayət deyil: "Əksinə olduqca təbiidir . Sosial işlər görməyən bələdiyyə varmı ? Bələdiyyə yataqxana tikib 25 illiyinə kirayəyə verir. Buna bir şey deyə bilməzsiniz. Bənzər şəkildə İSTEK Vəqfi , Çağdaş Yaşamı Dəstəkləmə Dərnəyində ( ÇYDD) həyata keçirilmiş işlər var. Türk Təhsil Vəqfinə (TEV ) qədər enib bunlara baxmaq lazımdır. Nəticədə ora bir yataqxanadır . Bilal Ərdoğanın oteli deyil. TÜRGEV-dən gəzib mənə gəlmək istəyirlər. Oğlum oranın rəhbərliyindədir. Mustafa Demir və Ümraniye bələdiyyə başçısı bunun rəhbərliyindədir. Böyük qızım Esra rəhbərlikdədir. Tələbə yataqxanasıdır ora".
Baş nazir əmin olduğunu bildirib ki, bütün bu hadisələrin 2014-cü il mart ayının 30-da baş tutacaq bələdiyyə seçkilərində partiyasının toplayacağı səs azalmayacaq: "Buna inanmıram. Səsimizə təsir etməsini gözləmirəm".


Şərhlər