Menu

Fərəc Kərimliyə 6 il 6 ay iş verildi

06.05.2015, 16:02

ferec_kerimliMüsavat başqanının həbsdə olan müavini Fərəc Kərimli 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

"Yeni Müsavat" qəzetinin məhkəmədə iştirak edən reportyoru xəbər verir ki, başqan müavini son söz deməkdən imtina edərək yalnız bunu deyib: "Qanunların ayaq altına atıldığı məhkəmədə son söz demək sifariş verənlər üçün şərəf olar".

Qeyd edək ki, aprelin 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı Fərəc Kərimlinin 7 il 6 ay azadlıqdan məhrum edilməsini istəmişdi.

F. Kərimli Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma) maddəsinə əsasən ittiham edilir.

Müdafiə tərəfi ittihamı əsassız sayır. Fərəc Kərimlinin siyasi sifarişlə həbs olunduğunu bildirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol