Menu

Özbəkistan prezidenti də Moskvanı boykot etdi!

06.05.2015, 17:52
Özbəkistan prezidenti də Moskvanı boykot etdi!

Kərimov 9 may paradına gəlməyəcək...

Özbəkistan prezidenti İslam Kərimov Moskvada qələbənin 70 illiyinə həsr olunmuş bayram şənliklərinə qatılmaqdan imtina edib. Bu barədə xəbəri prezidentin mətbuat xidmətinin adı açıqlanmayan nümayəndəsinə istinadla «Novıy vek» qəzeti yayıb (Rosbalt).

Nümayəndənin sözlərinə görə, Özbəkistanın özündə bu yubiley geniş şəkildə qeyd olunacaq və bir sıra tədbirlər həyata keçiriləcək. Dövlət başçısı bu tədbirlərdə çox fəal şəkildə iştirak edəcək.

Bundan əvvəl qələbənin 70 illiyi ilə əlaqədar tədbirlərdə iştirak məqsədilə Moskvanın göndərdiyi dəvətdən Polşa, Finlandiya, Cənubi Koreya, Çernoqoriya, İsrail, Bolqarıstan, Moldova, Litva, Latviya və Estoniyanın prezidentləri imtina etmişdilər.

Almaniyanın kansleri Angela Merkel isə Moskvaya qələbə paradından bir gün sonra - mayın 10-da gələcək.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol