Menu

Bakının polis idarəsində qan töküldü

07.05.2015, 12:34
Bakının polis idarəsində qan töküldü

Polis əməkdaşları yaralını yaxınlıqdakı xəstəxanaya çatdırıblar.

Bakının polis idarəsində qan tökülüb.

Nizami Rayon Polis İdarəsində saxlanılan 33 yaşlı Fərid Axundov özünü bıçaqlayıb.

Polis əməkdaşları onu yaxınlıqdakı xəstəxanaya çatdırıblar. Yaralı əməliyyat olunub.

Nizami rayon Polis İdarəsi hadisə ilə bağlı açıqlama verməsə də, bəzi təfərrüatları əldə etdik.

Özünə xəsarət yetirən şəxsin narkotik aludəçisi olduğu deyilir. O, polis əməliyyatı zamanı ələ keçib və idarəyə aparılanda özünü vurub. Hazırda araşdırma aparılır. /milli.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol