Menu

Davudoğlu AKP-nin öndə olduğunu açıqladı

07.05.2015, 12:35
Davudoğlu AKP-nin öndə olduğunu açıqladı

Türkiyədə hakim partiya olan AKP-nin yetkilisi Əhməd Davudoğlu jurnalistlərin gündəmə bağlı suallarını cavablandırıb. O, 20-ci mitinqin keçirildiyinə diqqət çəkib. Keçiriləcək seçki ilə bağlı anketləri qiymətləndirən Davudoğlu, qeyd edib ki, AKP irəlidədir. Baş nazir son anket nəticələrini açıqlayıb.

O, terror təşkilatı PKK-nın siyasi qolu olan HDP-nin səs qazanma ehtimalının olduqca aşağı olduğunu, tələb olunan həddi keçə bilməyəcəyini ehtimal etdiyini vurğulayıb: “Anketləri ən yaxşı qiymətləndirən partiyayıq. AKP-dən MHP-nin səs sürüşməsini gözləyənlər xəyal qırıqlığı yaşayacaqlar. Son iki-üç həftədir bizim səs faizimiz yuxarıya doğru qalxır. İndi də 2011-ci il seçkilərinin səviyyəsinə yaxın bir yerdəyik. Daha da yuxarı qalxacağımıza əminəm. HDP bizdəki rəqəmlərdə həddin çox aşağısındadır. Bu səbəbdən partiya o cür xəyallar içərisində olmamalılar”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol