Menu

Rusların dünyanı qorxudan tankı yenə xarab oldu - FOTO

07.05.2015, 17:11
Rusların dünyanı qorxudan tankı yenə xarab oldu - FOTO

Moskvadakı Qızıl meydanda Qələbə paradına təlim gedişatında Rusiyanın yeni “Armata” Т-14 tankının mühərriki yatıb, hadisənin şahidləri bildirirlər.

Sosial şəbəkələrdəki şəkillərdə tankı çəkib aparmaq üçün ona trosun bağlanıldığını görmək olar.

Meydandakı olayı şərh edən diktor hadisəni vurulmuş texnikanın evakuasiyası üzrə təlim kimi təsvir etmişdir.

Bu hadisəni müşahidə edən “Komsomolskaya Pravda”nın müxbiri Dmitri Smirnov bunu Tvvitterdə yazıb. ​

Xatırladaq ki, bundan əvvəl də oxşar hadisə baş vermişdi. Lakin bu hadisə rəsmən təkzib edilmişdi.

Qeyd edək ki, 12 ədəd T-14 “Armata” tanklarının məşqləri gedir. Onlar 9 mayda Qırmızı meydanda keçiriləcək Qələbə paradında rusların fəxrlə təqdim edəcəyi ən son model mexanikləşdirilmiş hərbi maşınlarıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol