Menu

Fətullah Gülən ordu yaradır

08.05.2015, 09:11
Fətullah Gülən ordu yaradır

Fətullah Güləni 200 nəfərlik kiçik bir ordu qoruyacaq

ABŞ-ın Pensilvaniya ştatındakı malikanəsində liftdə çıxılmaz vəziyyətdə qalan “Xidmət” camaatının lideri Fətullah Gülən cangüdən sayını çoxaldıb. Anspress-in məlumatına görə, bundan sonra sui-qəsd və qaçırılma qorxusu yaşayan Fətullah Güləni 200 nəfərlik kiçik bir ordu qoruyacaq.

Bildirilir ki, Gülənin mühafizə birliyinə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və "MOSSAD"dan olan casuslar rəhbərlik edir.

Həmin casusların təlimatı ilə 200 nəfərlik mühafizə ordusu Fətullah Gülənin hər addımını təqib edir.

Xatırladaq ki, ötən həftə Fətullah Gülən Pensilvaniyada yaşadığı malikanənin liftində 1 saat qalıb. Gülənin hiddətlənərək adamlarına, “Bu mənə sui-qəsddir?” – deyə qışqırdığı və böyük qorxu yaşadığı bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol