Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın ailəsinin Amerika arzusu ürəyində qaldı. ANS PRESS-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, Koçaryanın oğlu Levon və gəlini Siruşu ABŞ-a getmək üçün viza ala bilməyib. "Jamanak" qəzetinin yazdığına görə, ABŞ-ın Ermənistandakı səfirliyi Koçaryan cütlüyünə viza verməyib:"Məsələ ondadır ki, onlar uşaqlarının doğulması üçün ABŞ-da olarkən ölkədə qalma, viza qaydalarını pozublar".
Xəbəri dəqiqiləşdirmək üçün Siruşo ilə əlaqə saxlanılsa da, o əsəbləşb və nümayəndəsinə müraciət etməyi tələb edib. Xəbəri isə nə təsdiq, nə də təkzib edib.
Xatırladaq ki, Siruşo Ermənistanı 2008-ci il "Eurovision" yarışmasında təmsil etmişdi.


Şərhlər